Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.
Mərhum Zəkiyyə Cəfərova 45 il ərzində Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi fəaliyyət göstərib. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalıb, onların sevimli tərbiyəçisi və müəllimi olub.
Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.
/Musavat.com












































