Ülvi Quliyevin təbliğat kampaniyasından - FOTOLAR + VİDEO

Ülvi Quliyevin təbliğat kampaniyasından - FOTOLAR + VİDEO
Siyasət
13:40 20.10.2015
2009
15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin təbliğat kampaniyası davam edir.
Onun nümayəndələri təbliğat kampaniyası dövründə 15 saylı Yasamal birinci seçki dairəsində demək olar ki, əksər evlərdə olub. Bununla yanaşı Ülvi Quliyevin seçki qərargahında hər gün seçicilərlə təmas qurulur. Paralel olaraq seçicilərlə görüş üçün nəzərdə tutulmuş yerlərdə də Ülvi Quliyev seçicilərlə görüşür. Seçki qərargahından verilən məlumata görə, təbliğat-təşviqat kampaniyası dövründə bütün seçicilərlə maksimum dərəcədə təmas qurmaq nəzərdə tutulub.
Keçirilən görüşlərdə Ülvi Quliyev əsas hədəflərini açıqlayıb. O, göstərdikləri etimada görə seçicilərə təşəkkürünü bildirib. Qeyd edib ki, bundan öncə, III və IV çağırışda Milli Məclisin deputatı olub: “Heç şübhəsiz ki, sizlərin dəstəyi sayəsində deputat seçilmişəm. Hazırda Sizin yaşadığınız dairədən namizədliyimi irəli sürmüşəm. Ötən seçkilərdə olduğu kimi bu dəfə də dəstəyi yalnız sizdən gözləyirəm”.
Ü.Quliyev qeyd edib ki, hansı sahədə çalışmasından asılı olmayaraq dövlət, dövlətçilik, milli-mənəvi dəyərlər, qanunun aliliyi, ölkə Prezidentinin həyata keçirdiyi siyasət onun üçün əsasdır, bundan sonra da qarşıya qoyduğu bu prinsiplərə sadıq qalacaq. O, seçicilərə bildirib ki, bundan əvvəl iki çağırış deputat olduğu dövürdə daim seçicilərlə əlaqədə olub: “Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi əməlimlə göstərmişəm. Verdiyim sözə sadiq qalmışam. Bizim prinsipimiz az danışıb çox iş görməkdir. Bu günə qədər hər zaman qapımız bütün seçicilərin üzünə açıq olub.
Təbii ki, sizin müraciət etdiyiniz bütün məsələlər deputatın səlahiyyətinə aid olmur. Deputat başlıca olaraq qanun yaradıcılığı ilə məşğul olur. Bundan başqa ayrı-ayrı ölkələrlə parlamentlərarasə əlaqələrin qurulması, xalqlar, millətlər arasında münasibətlərin istiləşməsi, Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması bizim işimizdir. Və seçicilərlə mütəmadi işləmək, onların qaldırdıqları məsələləri müvafiq qurumlara çatdırmaq. səlahiyyətimiz çərçivəsində həll etmək borcumuzdur. Mən bu günə qədər belə işləmişəm və etimad göstərəcəyiniz təqdirdə fəaliyyətimi bu şəkildə davam etdirəcəm”.
Ü.Quliyev opponentlərin ona qarşı qara piar kampaniyası apardığını da dilə gətirib: “Mən onlardan fərqli olaraq belə məsələlərin tam əleyhinəyəm. Onlara məsləhət verirəm ki, vaxtlarını belə lazımsız məsələlərə sərf etməkdənsə, seçicilərlə işləsinlər. Yalan vədlər deyil, gerçək məsələlərdən danışsınlar. Rəqibləri normal mübarizəyə səsləyirəm. Məğlub qalibin əlini sıxmağı bacarmalıdır”. Ülvi Quliyev seçicilərə müraciət edərək 1 Noyabrda onları fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.
Seçicilər isə bildiriblər ki, onlar birmənalı olaraq Ülvi Quliyevə səs verəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ