Ülvira Qarayeva efirə qayıdır

MAQAZİN
14:17 19.08.2013
2895

Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira Qarayeva yeni layihəyə başlayır

AZXEBER.COM-un məlumatına görə, bu barədə mövqe.az-a özü məlumat verib. Ulvira Qarayeva sentyabrdan efirdə görünəcəyini deyib. Amma bəzi məqamları gizli saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəm. Əslində həmin verilişin hazırlıq işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4 günə anonslar yayımlanacaq. Sentyabrdan isə veriliş start verəcək. Hələlik telekanalın və verilişin adını açıqlamıram”. Ülvira Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb: Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox az qaldı...”.

OXŞAR XƏBƏRLƏR