Deputat Ülviyyə Ağayeva seçkilərdə iştirak edəcək? - AÇIQLAMA

Deputat Ülviyyə Ağayeva seçkilərdə iştirak edəcək? - AÇIQLAMA
SİYASƏT
15:05 19.07.2024
1720
Milli Məclisin bitərəf deputatlarından olan Ülviyyə Ağayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.
 
Bu haqda deputat AZXEBER.COM-a açıqlamasında bildirib.
 
O sənədlərini dairə seçki komissiyasına təqdim etdiyini bildirib: 

"1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcəyəm. Bununla bağlı müvafiq sənədləri komissiyaya təqdim etmişəm. Bu il də 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.
 
Qeyd edək ki, Ülviyyə Ağayeva 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisin V çağırış deputat seçkilərində 106 saylı Tovuz-Qazax- Ağstafa dairəsindən deputat seçilmişdi.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR