Ülviyyə Alovlu jurnalistika məktəbi açdı

Ülviyyə Alovlu jurnalistika məktəbi açdı
MEDİA
16:36 05.01.2018
1571

Tanınmış jurnalist, aparıcı Ülviyyə Alovlu Jurnalistika məktəbi açıb.

AZXEBER.COM xəbər verir ki,  "Training Centre Azerbaijan" mərkəzi  "Jurnalistika Akademiyası" proqramı çərçivəsində "Müasir Jurnalistika üzrə müəllif proqramı"nı təqdim edir:

Proqram çərçivəsində jurnalist olmaq  istəyənlər üçün praktiki və nəzəri biliklər öyrədiləcək.

Proqram: 

Təlimçi:
☑️2005-ci ildən jurnalist fəaliyyətinə başlayaraq qısa müddətdə sıravi müxbirdən baş redaktora qədər yüksəlişi olan, kəskin qələmi və eksklüzivləri ilə məşhur teleaparıcı və jurnalist Ülviyyə Alovlunun müəllif kursları
☑️Təcrübə:
ANS Nəşriyyat Evinə aid:
"İstiot” jurnalında müxbir, "Elman” jurnalında redaktor,
Daha sonra özəl "Röya”, "Royal”, "Dostum” jurnallarında baş redaktor,
Space Radiosunda "Qızıl onluq” şousunun həmaparıcısı,
Lider TV-də layihə redaktoru, baş redaktor,
ANS TV-də "Əslində mən”, "Şokolad” verilişlərində layihə rəhbəri və aparıcı,
Müxtəlif illərdə bir neçə internet resurslarda, eləcə də
1news.az, show.az – xüsusi müxbir, gün.az – şöbə müdiri, zovvq.com, big.az, 1xeber.com – baş redaktor.

Təlimin proqramı:
▶️Modul 1. Proqramla tanışlıq; təcrübə, bacarıq mübadiləsi
- Tanışlıq və təqdimat
- Tədrisin hədəfi
- Oxucuya yönəlmiş yanaşma
- Xəbər anlayışı

▶️Modul 2. Müasir jurnalistika və tələbləri:

- Eksklüzivlik və onun əldə olunması
- Operativlik və onun vasitələri
- "Primetime” anlayışı
- Obyektivlik və tolerantlığın qorunması
- "Deadline” anlayışı və vaxtın dəyərləndirilməsi
- Sosial media və vasitələri
- Reytinq

▶️Modul 3. Jurnalistikanın əsasları

- Araşdırma. İnformatorlarla əlaqə və informasiyanın əldə olunması
- Təhqiqat. Arqument və faktların əldə olunması
- Köşə yazısı. Sosiumun tələbləri və trendləri
- Müsahibə. Növləri və janrları

▶️Modul 4. Xəbər nədir

- Xəbərin əldə olunması
- Xəbərin hazırlanması
- Xəbərin çatdırılması
- Xəbər başlıqları
- Təkzib xəbəri və hazırlanması

▶️Modul 5. Respondentlə əlaqə vasitələri və ünsiyyət

- Ünsiyyət halları, respondentlə ünsiyyətin qurulması
- İlk təəssürat və daimi ünsiyyət üçün imkanın yaradılması
- Respondent bağlılığı və məmnuniyyəti
- Ünsiyyətdə etiket və distansiyası

▶️Modul 6. Sual vermə və cavab alma texnikası

- Müsahibəyə hazırlıq mərhələsi
- Sualların hazırlanması
- Müsahibənin predmeti və ana xətti
- Sualların düzgün qoyuluşu və verilişi
- Müsahibə, simpatiya və empatiyanın ötürülməsi
- Müsahibənin düzgün sonlandırılması

▶️Modul 7. Jurnalistika və hüquq

- Jurnalistin hüquqları və məsuliyyət
- İnformasiya azadlığı

☑️Tədrisin sonunda iştirakçılar aşağıdakı bilik və bacarığı əldə edəcəklər:

- Sözün gücü və ondan doğru istifadə
- Ədəbi dilin incəlikləri
- Jurnalist səriştəsi
- Respondent psixotipləri və psixologiyası
- Dəqiq və qərəzsiz yanaşma
- Danışıq və sual vermə bacarığı
- Təqdimat bacarığı
- Dezinformasiya ilə mübarizə
- Reytinqlərlə iş

☑️Təlimə daxildir:
• Peşəkar mütəxəssis tərəfindən təqdimat
• Praktiki çalışmalar
• İnteraktiv təlim
• Müxtəlif müzakirələr
• Sertifikat ( Müvəffəqiyyət və ya iştirak)
• Təlim materialları və dərsliklər
• Nəticə imtahanı
• Kofe-breyk
Tədris slaydlarla, testlərlə, video görüntülərlə və rol oyunları ilə müşayiət olunur

☑️Proqram haqqında:
• Tədris dili: Azərbaycan dili
• Təlimin müddəti: 12 saat
• Son müraciət tarixi: 22.01.2018
• Nəzərdə tutulmuş iştirakçı sayı 10-15 nəfər
• Təlimin qiyməti: 200 AZN

Əlaqə vasitəsi:
Tel: 070 678 71 98

Ünvan:
Odlar Yurdu Universiteti 
(Koroğlu Rəhimov 13)

OXŞAR XƏBƏRLƏR