ARB telekanalında yayımlanan "Tərz +" verilişində aparıcı dəyişikliyi baş tutub.
AZXEBER.COM xəbər verir ki, layihənin aparıcısı Ülviyyə Xəlilbəyli sözügedən layihədən ayrılıb. Bu haqda aktrisa özü məlumat verib:
"Bu həftədən etibarən "Tərz + " -un aparıcısı mən olmayacağam. Hamıya uğurlar".
Qeyd edək ki, Ülviyyə Xəlilbəyli "Vicdan haqqı" serialından sonra məşhurlaşaraq, həmkarı Murad İsmayıl ilə ailə həyatı qurub.