Ülviyyə Fətəliyeva Buxarada keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub

Ülviyyə Fətəliyeva Buxarada keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub
SOSİAL
16:30 14.03.2026
213
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilmiş "IV Womens Chess Championship" adlı beynəlxalq turnirin qalibi olub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər qrossmeysterlər mübarizə aparıblar.

8 ölkədən 10 ahmatçının qatıldığı turnirdə 9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva "IV Women's Chess Championship"in qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.

Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.
OXŞAR XƏBƏRLƏR