Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarına zərbələr endirib. AZXEBER.COM xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Hadisə nəticəsində ağır yaralıların olduğu bildirilir. Lvov Xüsusi Əməliyyatlar Komandanlığı əhalini sığınacaqlarda qalmağa çağırıb. Komandanlıqdan hücumlar nəticəsində yeddi nəfərin yaralandığı bildirilib.