Lvovda spirtli içkilərin satışına qadağa qoyuldu

Lvovda spirtli içkilərin satışına qadağa qoyuldu
DÜNYA
22:00 19.03.2022
506
Bu gündən Lvov vilayətində spirtli içkilərin satışına məhdudiyyətlər qoyulub.

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Sərəncama əsasən, Lvov vilayətində hər gün saat 21:00-dan 10:00-a qədər spirtli içkilərin (o cümlədən pivə) satışı qadağan edilib.

Qeyd edək ki, gecə saatlarında spirtli və az alkoqollu içkilərin satışına qoyulan qadağa müharibənin sonuna qədər qüvvədə qalacaq.
OXŞAR XƏBƏRLƏR