Lyubov Uspenskayaya qarşı sui-qəsd iddiası

Lyubov Uspenskayaya qarşı sui-qəsd iddiası
MAQAZİN
12:51 03.10.2024
259
Lyubov Uspenskayanın qızının itməsi ilə bağlı araşdırmalar davam edir.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin itkin qızının axtarışına kömək etməsi üçün müraciət etdiyi fəal Vitali Borodin hər kəsi heyrətləndirən açıqlama ilə gündəm olub.
 
O, Lyubov Uspenskayanı öldürmək üçün sui-qəsd təşkil olunacağını deyib.

Borodinin sözlərinə görə, müğənninin qızı Tatyananın Taisiya adlı rəfiqəsinin onun yoxa çıxmasında əli var.
 
Fəal iddia edib ki, Taisiya Lyubov Uspenskayaya qarşı sui-qəsd təşkil etmək niyyətindədir. O, artıq sübut kimi yazışmaların skrinşotlarını əldə etdiyini bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR