Müğənni Səidə Sultandan xalq artistlərinə sərt ittiham
ŞOU-BİZNES
07:34 16.06.2011
1495
Azərbaycanda «vokal göstəricilər olmadan da oxumaq mümkündür» deyən Səidə fikrini belə davam etdirib: «Hazırda Azərbaycanda səs və yaradıcılıq vacib deyil. Şou-biznes nümayəndələrinin 90%-nin səsi yoxdur. Amma bu, onların oxumasına mane olmur. Bu, bəzi xalq artistlərinə də aiddir. İndi çoxları ilk plana şəxsi həyatını çıxarmağa çalışır. Çünki onların yaradıcılığı yoxdur. Onlar bununla bizim sənətimizi alçaldır».