Müsabiqənin keçirilməsində saxtakarlıqların olduğunu var.az müəyyənləşdirmişdi. Qeyd edilmişdi ki, Təhminə Əhmədova müsabiqəyə fotonu göstərilən tarix bitdikdən sonra, yəni 24 Noyabr 2010-cu ildə təqdim edib. Digər iştirakçı Nataliya Əbilovanın da fotoları müsabiqə üçün qoyulan vaxtdan bir neçə gün sonra çərşənbə axşamı, 30 Noyabr 2010-cu ildə qeydə alınıb.
Göründüyü kimi, hər iki iştirakçı qalib seçilib.
Fotomüsabiqədə iştirakın şərtləri və qaydaları:
Fotolar 2010-cu il 20 noyabr tarixinə (Bakı vaxtı ilə gecə yarısına) qədər təqdim oluna bilər;
Bir iştirakçı bir neçə foto təqdim edə bilər, lakin müsabiqə üçün yalnız bir foto seçiləcək;
Fayllar 2048 x 1536 pixel ölçüsündə, jpg formatında olmalıdır və 5MB həcmini aşmamalıdır (Bu meyarlara cavab verməyən fayllar onlayn göstərilə bilər, lakin jürinin nəzərinə təqdim olunmayacaq);
Fotolar azərbaycan, rus ya ingilis dilində maksimum 64 işarədən ibarət ad və maksimum 1000 işarədən ibarət qısa məzmunla müşayiət olunmalıdır;
İştirakçılar fotolarını yükləyəndə ad və e-mail ünvanlarını da təqdim etməlidirlər (e-mail ünvanlar şəxsi məlumatların məxfiliyini təmin etmək məqsədilə onlayn göstərilməyəcək);
Sitatlar və haşiyələr müvafiq qaydada qeyd olunmalıdır;
Yalnız orijinal və əvvəllər dərc olunmamış işlər qəbul olunur;
Plaqiatın hər hansı forması iştirakçının müsabiqədən avtomatik kənarlaşdırılması ilə nəticələnəcək;
Təqdim olunmuş şəkilləri nümayiş etdirmək, onlayn dərc etmək ya nəşr etmək hüququ Qadın Forumuna aiddir;
Jürinin qərarı yekundur və ondan şikayət verilə bilməz.
Müsabiqənin ilkin nəticələri:
Ən yaxşı işlərin müəllifləri (əlifba sırası ilə)
1. Abbas Atilay
2. Vyaçeslav Sapunov
3. İlkin Hüseynov
4. Mirnaib Həsənoğlu (müsabiqəyə fotonu təqdim etdiyi gün - 24 Noyabr 2010)
5. Natalya Əbilova
6. Sənan Ələskərov
7. Sitarə Abdullayeva
8. Sitarə İbrahimova
9. Təhminə Əhmədova
10. Ella Naxmedova
Və bu nəticənin səhəri günü onluğa əlavə olunan on birinci fotoqraf Əhməd Muxtar.
İlkin nəticələrdən sonra var.az women-forum saytının rəhbərliyi ilə əlaqə saxladı. Natalia Korobko açıqlamasında “Müsabiqənin şərtlərində görə fotolar sayta ayın 20-nə qədər daxil olub. Bəzi fotoqraflar şəkillərini diskdə yollayıblar. Bilmirəm nəyə görə ayın tarixi orada elə yazılıb. Ola bilər ki, administrator həmin şəkilləri sayta gec yükləyib. Amma biz bu məsələyə baxmırıq. Çünki müsabiqədən sonra şəkil yükləmək olmaz. Bizə şəkillər ayın 20-nə qədər daxil olub” dedi.
Natalia Korobko açıqlamasında fotoqraflar şəkillərini disqdə yollayıblar desə də, women-forum.net saytında müsabiqə qaydaları ilə bağlı məlumatda göstərilib:
Müsabiqədə 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.
Fotoları bilavasitə bizim vebsəhifəmizdə yükləmək olar və hər birinin azərb., rus ya ingilis dilində adı və qısa məzmunu olmalıdır.
Qeyd edək ki, münsiflər heyətinin tərkibində fotoqraf Rəna Əfəndi, rəssam və kurator Səbinə Şıxlinskaya, qrafik dizayn və biznes inkişafı üzrə mütəxəssis Zərifə Mirzəyeva, professional fotoqraf Asim Talıbov, rəssam Əli Şəmsi. /// var.az