Məleykə Abbaszadə: “İki məqsədli imtahan ola bilməz”

GƏNCLİK
13:31 05.05.2011
2467
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib Məleykə Abbaszadə hesab edir ki, imtahanların modelini dəyişmək, yaxud bu istiqamətdə hansısa dəyişikliklər populist formada yox, elmi əsaslarla aparıla bilər. 

TQDK sədri qeyd edib ki, orta məktəblərdə attestat imtahanları şagirdlərin orta səviyyəsini müəyyən edir: “Ali məktəblərə qəbul və orta məktəblərdə attestat imtahanlarının məqsədləri müxtəlifdir. İki məqsədli imtahan ola bilməz. Amma təhsil qanununa əsasən, birinci mərhələdə olan attestat imtahanın nəticələrini yeni qəbul qaydalarında nəzərə alıb, attestat qiymətlərinə əsasən abituriyentlərə müəyyən bal vermək istərdik. Amma bu üçün attestat qiymətləri və uşaqların imtahanda göstərdikləri nəticə heç olmasa imtahan verdiyi fənlər üzrə üst-üstə düşməlidir. Bunu izləyirik. Lakin hələ demək olmaz ki, müsbət nəticə var”. 

lent.az

 

OXŞAR XƏBƏRLƏR