Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

GƏNCLİK
19:23 10.01.2011
2849

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin 2011-ci ildə ilk iclası keçirilib. Şuradan ANS PRESS-ə verilən məlumata görə, iclasın gündəliyinə dörd məsələ daxil edilib.

Rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, sənəddə şuraya daxil olan şikayət və müraciətlərin araşdırılmasına, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə geniş yer ayrılıb.

İdarə Heyəti sənədin müəyyən əlavələrlə xüsusi toplantıda geniş ictimaiyyətə çatdırılması və ayrıca kitab şəklində buraxılması barədə qərar qəbul edib.

İclasda MŞ-nın 2011-ci ilə dair iş planı da təsdiq olunub. Qərara alınıb ki, bu il diffamasiya haqqında qanunun ölkə parlamentinə təqdimatı sahəsindəki işlər davam etdirilsin, rəsmi qurumların elan və reklamlarının KİV-lərdə yerləşdirilməsi məsələsinə dair işlər görülsün. İş planına internet jurnalistika və müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar tədbirlərin təşkili də daxil edilib.

İclasda MŞ-nın Şikayətlər və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının çıxardığı rəylər əsasında üç qərar qəbul olunub. “Salamnyus” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalına qarşı şikayəti ilə bağlı bildirilib ki, jurnalın səkkizinci sayında Azərbaycanın xəritəsinin təhrifi, qonşu dövlətə məxsus xeyriyyə cəmiyyətinin Bakı ofisinin fəaliyyətini əks etdirən xəritə sxeminin yanlış şəkildə təqdimatı jurnalın mövqeyini şübhə altına qoyur. İdarə Heyəti bütün bunları əsas götürərək "Tarixi şəxsiyyətlər" jurnalına ciddi xəbərdarlıq edilməsi və Xarici İşlər Nazirliyinə müvafiq məlumat göndərilməsi barədə qərar verib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Gündəm siyasət" qəzetinə qarşı şikayəti əsasında çıxarılan qərarda isə mətbu nəşrə xəbərdarlığın olunması məqbul sayılıb. İclasda həmçinin "Reytinq" qəzetinə Azərbaycan Mətbuat Şurasının sonuncu xəbərdarlığı edilib. Qərara alınıb ki, KİV-in bir aylıq sayının monitorinqi aparılsın. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb