Maaşa görə özünü asdı

DÜNYA
14:29 18.11.2012
1992
Tatarıstanın Naberejnı Çelnı şəhərində intihar hadisəsi baş verib."KamAZ" ASC-nin şəhərdəki zavodunda çalışan 26 yaşlı Dmitri Fyodorov özünü asıb.Mendeleyevsk şəhərində yaşayan Fyodorovun intihar etməsinin səbəbi onun son ayın maaşını çox az məbləğdə alması ilə bağlı olduğu ehtimal edilir.Maaşından narazı qalmış fəhlə çalışdığı sexdən bir qədər kənarda, həyətdəki anbarda asılmış vəziyyətdə tapılıb."O, maaşının 8 min rubl olduğundan, kreditləri ödəyə bilmədiyindən şikayətlənirdi. Pulsuzluq onun ailəsində problemlər yaratmışdı. Mən biləni, maaşı az olduğu üçün arvadı onu evdən də qovmuşdu", - mərhum Dmitrinin iş yoldaşı Artur deyib.

OXŞAR XƏBƏRLƏR