AZXEBER.COM xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
"2026-cı ildə əməkhaqqı bazasında artımın təxminən 10 faizə qədər olması mümkündür.
2027-ci ildə isə minimum əməkhaqqının dəyişdirilməsi isə 2026-cı ilin yekun orta aylıq əməkhaqqı göstəricisindən asılı olacaq. İl başa çatmadığı üçün hazırda növbəti il üzrə konkret artım faizi barədə dəqiq proqnoz vermək mümkün deyil.
Ənənəvi indeksləşmə göstəricisinin də 10 faizdən aşağı olması ehtimal edilir. Bununla belə, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə gedən iqtisadi proseslər minimum əməkhaqqının daha ciddi şəkildə artırılmasını zəruri edə bilər.
Hazırda qüvvədə olan 400 manatlıq minimum əməkhaqqı ölkədəki real iqtisadi vəziyyəti tam əks etdirmir. 2026-cı ilin ilk dövründə orta aylıq əməkhaqqının 1100 manatdan yüksək olduğu nəzərə alınarsa, minimum əməkhaqqının bu məbləğin təxminən 60 faizi səviyyəsində, yəni 660 manat civarında olması daha məqsədəuyğundur.
AQC sədri əlavə edib ki, 400 manatlıq minimum əməkhaqqı mövcud istehlak xərcləri, ərzaq və qeyri-ərzaq məhsullarının, yanacağın, kirayə haqlarının və digər xidmətlərin qiymətləri fonunda kifayət qədər adekvat göstərici deyil: "Həm 2026-cı ilin sonuna qədər, həm də 2027-ci ildə minimum əməkhaqqının mərhələli şəkildə artırılması və təklif olunan 660 manatlıq səviyyəyə yaxınlaşdırılması mümkündür".











































