Mağazadan oğurladığı tozsoranla küçəni təmizlədi

Mağazadan oğurladığı tozsoranla küçəni təmizlədi
DÜNYA
14:22 18.10.2026
133
Fransadakı etirazlar zamanı dəbdəbəli mağazalar talançıların hədəfinə çevrilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vaxt etirazçılardan birinin hərəkətləri kameraya düşüb.

Belə ki, mağazadan tozsoran oğurlayan həmin şəxs izdihamın ortasında küçələri təmizləyirmiş kimi davranmağa başlayıb.

Üzünü gizlədən etirazçı tozsoranı yolda irəli-geri edərək, sanki təmizlik işi aparırmış kimi bir hərəkət edib. Xaosun hökm sürdüyü və mağazaların talan edildiyi bir mühitdə nümayiş etdirilən bu davranış baş verənlərə qarşı satirik bir eyham kimi yozulub.
OXŞAR XƏBƏRLƏR