Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

Mağazalarda ödəniş üçün daha bank kartlarına  da gərək qalmadı
İQTİSADİYYAT
16:05 28.01.2021
833
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha bir imkan yaradıb. Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür.
 
AZXEBER.COM xəbər verir ki, ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə "Neptun” mağazalar şəbəkəsində malların dəyərinin Azərbaycan Beynəlxalq Bankının yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib.

Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur.

Xatırladaq ki, Mərkəzi Bankın "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankı Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı