"Perperişan" mahnısı araşdırılan Mabel Matiz ifadə vermək üçün getdiyi ədliyyədə saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, Mabel Matizin "Perperişan" mahnısına musiqi platformalarında qadağa qoyulub.
Ailə və Sosial Xidmətlər Nazirliyinin tələbi ilə "YouTube", "Spotify" və "Apple Music"də bloklanıb.
Nazirliyin məhkəməyə təqdim etdiyi vəsatətdə bildirilirdi ki, mahnının məzmunu ailəyə ziyan vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.
Qeyd olunub ki, vətəndaşlar mahnının mətninin "türk ailəsinin adət və ənənələrinə zidd” olması ilə bağlı rəsmi quruma şikayətlər ediblər.
Aysel