Macarıstan Avropa İttifaqının iyulun 14-də Ukraynanın üzvlüyü ilə bağlı danışıqların növbəti istiqaməti üzrə müzakirələrə başlamasına razılıq verib.
Bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə keçmiş naziri Yanoş Boka "Facebook" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin yekdil qərarı əsasında iyulun 14-də Ukrayna ilə danışıqların altı klasterindən ikincisi açılacaq. Bununla da Ukrayna üzvlük prosesində Serbiyə çatacaq və Bosniya və Herseqovina, Şimali Makedoniya və Kosovonu geridə qoyacaq.
Boka vurğulayıb ki, bu, Ukraynanın Aİ-yə sürətlə qəbul olunması anlamına gəlmir və proses yalnız real nailiyyətlər əsasında davam etdirilir. O əlavə edib ki, Macarıstan Ukraynanın sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.