Macarıstan - Azərbaycan: açıq məşq və mətbuat konfransları

Macarıstan - Azərbaycan: açıq məşq və mətbuat konfransları
İDMAN
12:32 12.10.2019
5296
A-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, bu gün baş tutacaq tədbirlər aşağıda qeyd olunan məkanlarda və vaxtda keçiriləcək.

12 oktyabr

Macarıstan milli komandası
Saat 15:30. Mətbuat konfransı, "Qloball Hotel"
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, "Qloball Hotel"in məşq meydançası.

Azərbaycan milli komandası

Saat 18:00. Mətbuat konfransı, "Qroupama Arena"
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, "Qroupama Arena"

Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

Oktyabrın 13-ü Budapeşt şəhərindəki "Qroupama Arena"da keçiriləcək Macarıstan - Azərbaycan matçına saat 20:00-da start veriləcək.
OXŞAR XƏBƏRLƏR