Macarıstan XİN: "Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara başlanılıb"

İQTİSADİYYAT
22:55 16.01.2023
317
Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.

Siyarto bildirib ki, hazırda ölkə üçün yeganə etibarlı qaz mənbəyi "Türk axını” boru kəməridir.

Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verdiyini vurğulayan Siyarto qeyd edib ki, bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNG-dir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA