Macarıstan XİN başçısı: Budapeşt Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır

Macarıstan XİN başçısı: Budapeşt Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır
DÜNYA
22:10 08.11.2023
181

Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.

Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsini illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil: "Onların genişlənməsi olmasa, diversifikasiya sadəcə illüziya olaraq qalır”.

XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.

Bu səbəbdən, onun fikrincə, "şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”. Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək./report

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir