Macarıstanlı futbolçu "Liverpul"a keçir

Macarıstanlı futbolçu "Liverpul"a keçir
İDMAN
18:50 04.06.2025
593
İngiltərənin "Bornmut" klubunun futbolçusu Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Mersisayd təmsilçisi 21 yaşlı müdafiəçinin transferi ilə bağlı danışıqların növbəti mərhələsini yekunlaşdırmaq üzrədir. Klub ötən həftə macarıstanlı oyunçu ilə şəxsi şərtləri razılaşdırıb.

Qeyd edək ki, M.Kerkez başa çatan mövsümdə "Bornmut"da 41 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR