“Mado”da rüsvayçılıq - Telefonu “zaryadka”ya qoymaq 35 manatdır- Fotofakt

SOSİAL
18:13 18.05.2016
22459
Bakıda bir neçə yerdə filialı olan “Mado” restoranlar şəbəkəsi telefonu şarj etmək istəyən, amma daha sonra imtina edən müştərisindən 35 manat tələb edib.
Bu barədə sosial şəbəkədə Şahin Amanov adlı istifadə məlumat yayıb. O bildirib ki, bu gün günorta saatlarında “Mado”da qəribə hadisə ilə üzləşib: “Telefonu “zaryadka”ya qoymaq istədim,ofisiant dedi ki, 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki “zaryadka”da 7-8 telefon var. Dedim onda hesabı gətirin, “zaryadka” lazım deyil. Hesab gəldi, ofisianta dedim "Qardaş, bu Powerbank 5200 nədirsə, biz belə şey yeməmişik".
Ofisiant isə müştəriyə bildirib ki, sözügedən 35 manat telefonu şarja qoyan aparatın (Powerbank 5200) qiymətidir: “Onu da hesaba hər ehtimala qarşı yazırıq ki, birdən gedəndə götürüb özünüzlə apararsız”.
***
“Mado Cafe”nin marketinq meneceri İlham Məmmədli açıqlamasında bildirib ki, onlar müştərinin həmin “Powerbank” aparatını götürüb aparması ehtimalına qarşı onun qiymətini hesaba vururlar: “Biz bunu ona görə edirik ki, həmin müştərinin “Powerbank” istədiyi yadda qalsın və hesab götürülərkən ondan həmin aparatı geri qaytarmasını istəyək. Müştəridir də, birdən götürüb aparar. Əgər aparmaq istəsə pulu ödəyir, istəməsə aparatı geri qaytarır və həmin məbləğ hesabdan çıxarılır”.
///“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"