Ötən gün Londonda "O2 Arena"da dünya ulduzu Madonnanın "The Celebration Tour" adlı konsert turunun ilk çıxışı baş tutub.
Qısa zaman öncə sağlamlığında problem yaranan Pop-diva sağlamlığına qovuşar qovuşmaz turnesinin ilk çıxışı ilə pərəstişkarlarını sevindirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, konsertdən paylaşım edən Madonna hisslərini izləyiciləri ilə bölüşüb:
"Uğursuz bir il idi və mən artıq dözə bilməyəcəyimi düşünürdüm, həkimlər də belə düşünürdülər. Ömrümün ən ağır beş gününü yaşamışdım. Bəlkə də ölmüşdüm, bimirəm. Amma mələklər məni qorudu. Gözümü açanda yanımda övladlarımı gördüm və anladım ki, onlar üçün yaşamalıyam. Və ən əsas da konsertimə bilet alan dinləyicilərimi üzə bilməzdim. Mən məyus olmağa nifrət edirəm".
Xatırladaq ki, dünya ulduzu bir müddət öncə ciddi bakterial infeksiyaya yoluxduğuna görə reanimasiyaya yerləşdirilmiş, bütün qastrol səfərlərini təxirə salmalı olmuşdu.
Aysel