Madonnanı daha yaxından tanıyaq

Madonnanı daha yaxından tanıyaq
MARAQLI
16:15 26.11.2012
2309
Məşhur müğənni Madonna ABŞ-da prezident seçkilərindən öncə deyib ki, əgər Barak Obama prezident seçilərsə, “əynimdəkilərin hamısını çıxaracağam”. Obama artıq qalib gəlib, indi pərəstişkarları səbirsizliklə Madonnanın nə vaxt soyunacağını gözləyirlər. Dünya ulduzu soyunmağa öyrəşib Belə ki, Madonna ötən ay Sankt-Peterburqda konserti zamanı Rusiyada 80 nəfərin cinsi azlığa mənsub olduğu üçün həbs edilməsinə etiraz əlaməti kimi soyunaraq səhnədə qara rəngli alt paltarla qalıb. O, bu ölkədə homoseksuallığın təbliğini qadağan edən qanuna qarşı çıxıb. Rusiya hökuməti bu hərəkətlərinə görə Madonnanı məhkəməyə verib və ona 10 milyon dollar cərimə kəsilib. Hesab olunur ki, Madonna 12 yaşlı uşaqların da iştirak etdiyi konsertdə yerli qanunları pozub. Madonna Bill Geytslə üz-üzə 54 yaşlı pop-ulduz 24 yaşlı sevgilisi Brahim Zaibatla ailə quracağını da açıqlayıb. Müğənni Beverli-Hillsdəki malikanəsini 28 milyon dollara satıb, onun Manhettendə, İtaliyada və Londonda mülkləri isə qalır. İndi Madonna ada almaq fikrinə düşüb. Söhbət İonik dənizində yerləşən və qiyməti 100 milyon funt sterlinqə olan Skorpios adasından gedir. Adanı satışa amerikalı milyonçu Aristotel Onassisin nəvəsi Afina çıxardıb. Ada ilə maraqlananların sırasında Madonna ilə yanaşı, kompüter maqnatı Bill Geyts də var. Uffff, Uffuçi! Yaradıcılığı və şəxsi həyatı ilə daim gündəmdə qalan Madonnanın başı qalmaqallardan açılmır. Belə ki, İtaliyanın Florensiya şəhərindəki Uffuçi Qalereyasının qeyri-iş günündə qapılarını müğənninin üzünə açması ölkənin sənət dünyasında narazılığına səbəb olub. Madonna muzeydə Leonardo da Vinçi, Mikalancelo, Sandro Botiçelli və Rafael kimi fırça ustalarının əsərlərini diqqətlə incələyib. Pop-star xüsusən Botiçellinin əsərlərinə heyran qaldığını bildirib. Muzey rəhbərliyi isə bunu Madonnanın fəlsəfəyə böyük önəm verməsi kimi qiymətləndirib. O, əslində kimdir? “Pop Kraliçası” ləqəbli Madonnanın tam adı Madonna Louise Veronica Cicconedir. 1958-ci il avqustun 16-da ABŞ-ın Miçiqan ştatında anadan olan Madonna müğənniliklə bərabər aktrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, nəhayət, yazıçı kimi də tanınıb. 1983-cü ildə ilk albomunu buraxan sənətçi 300 milyonluq tirajı dərhal satılan yeganə qadın sənətçidir. Madonna həmçinin XX əsrin 25 nüfuzlu qadını siyahısına daxil edilən yeganə qadın müğənnidir. Pop-kraliçanın adı “Guiness Rekordlar Kitabın”a dünyada “uğurlu qadın müğənni” kimi düşüb. O, həmçinin dünya musiqi tarixində ən bahalı klip çəkdirən müğənni hesab olunur (2002-ci ildə “Die another day” klipi 6 milyon dollara başa gəlib). Tarixdə ən uğurlu konsert turnesi də Madonnaya aiddir. O, bununla adını 2-ci dəfə rekordlar kitabına yazdırıb.Madonna “World Music Award”da (“Dünya Musiqi Mükafatı”) “Yaşayan əfsanə” nominasiyasına layiq görülüb. O, həmçinin öz yazıçılığına, siyasi görüşlərinə, xeyriyyə işlərinə görə də diqqət cəlb edir. Britni Spirs, Nelli Furtado, Şakira, Qven Stefani, Kristina Agilera, Lady GaGa, Keti Perri kimi müasir dünya ulduzları Madonnadan bəhrələndiklərini etiraf ediblər. Madonnanın “Papa Don’t Preach”, “Vogue”, “Like a Prayer”, “La Isla Bonita”, “Like a Virgin”, “Hung Up”, “Ray of Light”, “Frozen”, “Die Another Day”, “Music”, “4 minutes” kimi mahnıları dünya hit-paradlarında uzun illər liderliyi əldən vermir. “Hung up” hiti 2005-ci ildə satışa çıxan zaman 45 ölkədə birinci yer tutaraq “Guinness Rekordlar Kitabı”na daxil olub. “Forbes” jurnalının “ən təsirli insanlar” siyahısında Madonnanın adı dəfələrlə qeyd edilib. Madonna gəlir?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir