Madonnanın öpüşünü bəyənmədi - VİDEO + FOTOLAR

MAQAZİN
18:52 13.04.2015
6639
56 yaşlı pop ulduz Madonnanın Kaliforniyada baş tutan konserti maraqlı anlarla yadda qalıb.Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper Dreyklə səhnəyə çıxan sənətçi gözlənilməz addım atıb. Qəflətən 28 yaşlı reperin dodaqlarından öpən Madonnanın bu hərəkəti Dreykin narazı reaksiyası ilə nəticələnib.Bir neçə saniyə davam edən bu öpüşmə səhnəsindən sonra Dreyk ağzını tutaraq aşağı doğru əyilib. Reperin bu öpüşü bəyənmədiyi, yoxsa diksindiyi hələ dəqiq bilinmir.Onun mimikalarını görməyən Madonna ifasına davam edib.
OXŞAR XƏBƏRLƏR