İspaniyanın "Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib.
İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır.
"Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət hökmü çıxarır”, - məlumatda deyilir.
Qeyd edək ki, Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. "Relevo” portalının məlumatına görə, ittiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız "Real Madrid”dəki maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən yox. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib.