Madrid 'Real'ını çalışdırmış məşqçi Azərbaycan klubunda
İDMAN
22:05 08.03.2013
1677
“Xəzər Lənkəran” klubu məşhur futbol mütəxəssisi Con Benjamin Toşakla anlaşma əldə edib. Klubun vitse-prezidenti Tuyğun Nadirovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün Türkiyədə “Palmali” Şirkətlər Qrupunun ofisində məşqçi ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, Toşak “Xəzər Lənkəran”ı 3 il çalışdıracaq.T.Nadirovun sözlərinə görə, nüfuzlu məşqçi komandaya martın 15-də təqdim olunacaq. Toşakın “Xəzər Lənkəran”la müqavilə imzalamasını mühüm addım kimi qiymətləndirən klub rəsmisi komandanın böyük hədəflərə kökləndiyini vurğulayb.Komandadakı ab-havaya gəlincə T.Nadirov “Xəzər Lənkəran”ın ölkə kubokunun yarımfinalına vəsiqə qazanmasından sonra daxildəki atmosferin çox gözəl olduğunu bildirib.