Madriddə partlayış, 20-dən çox yaralı var

Madriddə partlayış, 20-dən çox yaralı var
DÜNYA
20:18 13.09.2025
174
İspaniyanın paytaxtı Madriddə barda baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Öz növbəsində, fövqəladə hallar xidməti indiyədək 21 yaralı barədə məlumat verib.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Qaz partlayışının baş verməsi ehtimalı var.
OXŞAR XƏBƏRLƏR