Maduro: Venesuelanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadalar yaradılacaq

Maduro: Venesuelanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadalar yaradılacaq
DÜNYA
12:21 25.10.2025
81
Venesuela Prezidenti Nikolas Maduro respublikanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadaların yaradıladcağını bəyan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Maduro Karakasda ABŞ ilə münasibətlərin gərginləşməsinin müzakirəsinə həsr olunmuş beynəlxalq sammitin bağlanışında bildirib.

Onun sözlərinə görə, artıq "müstəqillik, suverenlik və sülh" uğrunda mübarizə aparmağa hazır olan ilk könüllülər briqadalara yazılmağa başlayıb.

"Sosial şəbəkələrdə gördüyüm videolarda bir çox insan - ictimai xadimlər, gənc liderlər, qadın liderlər və həmkarlar ittifaqı liderləri beynəlxalq briqadalara yazıldıqlarını elan edirlər", - deyə Maduro qeyd edib.
 
\Oxu.Az
OXŞAR XƏBƏRLƏR