Magistr olmaq istəyənlərin nəzərinə!

Magistr olmaq istəyənlərin nəzərinə!
SOSİAL
12:36 05.02.2024
155
Dövlət İmtahan Mərkəzi (DİM) magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

Bu barədə AZXEBER.COM-a DİM-dən məlumat verilib.

"Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü ildə keçiriləcək.

Bakalavrlar "İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar”, - qurumdan bildirilib.

Qeyd edilib ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
OXŞAR XƏBƏRLƏR