Magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilib

İQTİSADİYYAT
15:30 02.01.2014
1490

2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilmişdir.

AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəql olunan neftin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin (BTC) payın düşür. Belə ki, ötən ilin yanvar-noyabr aylarında bu kəmərlə 30,1 milyon ton neft ötürülüb.Səngəçal terminalından BTC kəməri vasitəsi ilə 2,8 milyon ton tranzit Türkmənistan nefti də nəql olunub

OXŞAR XƏBƏRLƏR