Magistral yolunda buz bağlaması zəncirvari qəzaya səbəb olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çindən qorxulu görüntülər gəlib.
Çinin Sujou şəhərində magistral yolda buz bağlaması səbəbindən 100-dən çox avtomobil bir-birinə çırpılıb.
Polis 9 nəfərin yaralandığını, onlardan 6-nın yüngül xəsarət aldığını bildirib.
Magistral yolda avtomobilin yol polisi əməkdaşını vurduğu anlar başqa bir avtomobilin kamerasına düşüb.
Qeyd edək ki, Çin Meteorologiya İdarəsi ölkənin mərkəzi və cənub bölgələrində donma və aşağı temperaturla bağlı xəbərdarlıq edib.
Oksana