Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
SOSİAL
15:20 21.01.2024
200
Qeyri-sabit hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yanvarın 22-də ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı olunur.
OXŞAR XƏBƏRLƏR