Magistral yollarda quraşdırılan bariyerlərin məqsədi nədir? - VİDEO

Magistral yollarda quraşdırılan bariyerlərin məqsədi nədir? - VİDEO
SOSİAL
22:11 14.02.2026
790
Magistral yollarda zərbə udan təhlükəsizlik bariyerləri quraşdırılır… İlk belə bariyer Bakı dairəvi yolunda quraşdırılıb…

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, belə bariyerlərin quraşdırılması dünya təcrübəsində də geniş istifadə olunan üsuldur. Digər beton və ya dəmir arakəsmələrlə müqayisədə avtomobilə və içərisindəki sürücüyə sərnişinə daha az zərər veridiyi sübuta yetirilib.

Bariyerlərin quraşdırılması ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, təhlillərin nəticəsinə uyğun olaraq yol-nəqliyyat hadisələrinin daha çox baş verdiyi və olması ehtimal olunan məntəqələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması davam edəcək. Qurğunun funksiyası avtomobilin birbaşa sərt metal və ya beton baryerə çırpılmasının qarşısını almaqdır. Təhlükəsizlik baryeri dəmir məhəccərin ön hissəsinə yerləşdirilib. Bu cür təhlükəsizlik elementləri xüsusilə nəqliyyat vasitələrinin idarəetmədən çıxdığı və digər səbəblərdən baş verə biləcək hadisələr zamanı xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR