Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"

Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
SOSİAL
16:23 03.07.2026
286
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üzrə 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.

Nəticələrə əsasən, builki imtahanda da ən yüksək göstərici - esse üzrə 5 bal da daxil olmaqla ümumilikdə 99 balı Cəmilə Yusifova toplayıb.

AZXEBER.COM xəbər verir ki, AzEdu.az-a danışan Cəmilə Yusifova əldə etdiyi nəticənin onun üçün gözlənilən olduğunu bildirib:

"İmtahanla bağlı təəssüratlarım dəyişməyib. Ötən dəfə də qeyd etdiyim kimi, imtahan mənim üçün kifayət qədər rahat keçdi və bu nəticəni gözləyirdim.

Gələcək planlarıma gəldikdə isə, hazırda əsas məqsədim karyerama fokuslanmaqdır. Eyni zamanda, seçdiyim ixtisas üzrə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram".
OXŞAR XƏBƏRLƏR