Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI

Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI
SOSİAL
10:13 25.07.2026
532
2026-cı il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında bir sıra universitetlər üzrə artım, bəzilərində isə azalma qeydə alınıb.

AZXEBER.COM-un məlumatına görə, 2025-ci illə müqayisədə ən böyük say artımı Bakı Dövlət Universitetində müşahidə olunub. Belə ki, universitet üzrə qəbul planı 1346 yerdən 1627 yerə yüksəlib. Bu, 281 yer və ya 20,88 faiz artım deməkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura üzrə qəbul planı 1745 yerdən 1990 yerə çatdırılıb. Beləliklə, universitetdə plan 245 yer və ya 14,04 faiz artıb.

Azərbaycan Texniki Universitetində qəbul planı 2006 yerdən 2125 yerə yüksələrək 119 yer (5,93 faiz), Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 1172 yerdən 1273 yerə çataraq 101 yer (8,62 faiz) artıb.

Azərbaycan Tibb Universitetində magistratura planı 157 yerdən 194 yerə yüksəlib ki, bu da 37 yer və ya 23,57 faiz artım deməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə plan 608 yerdən 637 yerə çatdırılıb. Burada artım 29 yer və ya 4,77 faiz təşkil edib.

Bakı Mühəndislik Universitetində qəbul planı 508 yerdən 658 yerə yüksələrək 150 yer (29,53 faiz), Bakı Slavyan Universitetində isə 145 yerdən 235 yerə çataraq 90 yer (62,07 faiz) artıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistratura planı 165 yerdən 180 yerə yüksəlib.
Bakı Musiqi Akademiyasında qəbul planı 63 yerdən 84 yerə, Milli Konservatoriyada isə 62 yerdən 85 yerə çatdırılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində plan 229 yerdən 240 yerə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında isə 74 yerdən 80 yerə yüksəlib.

Azərbaycan Dövlət Dəniz Akademiyasında qəbul planı 34 yerdən 61 yerə çatdırılıb. Bu, 79,41 faizlə ən yüksək nisbi artımlardan biri olub. Dövlət Gömrük Komitəsinin Akademiyasında da magistratura üzrə plan 10 yerdən 15 yerə artırılıb.

Naxçıvan Dövlət Universitetində qəbul planı 299 yerdən 355 yerə yüksəlib. Gəncə Dövlət Universitetində isə magistratura planı 369 yerdən 420 yerə çatdırılıb.

Bununla yanaşı, bəzi ali təhsil müəssisələrində qəbul planı azaldılıb. Azərbaycan Dillər Universitetində ən ciddi azalma qeydə alınıb. Universitet üzrə plan 397 yerdən 275 yerə enib ki, bu da 122 yer və ya 30,73 faiz azalma deməkdir.

Azərbaycan Turizm və Menecment Universitetində qəbul planı 380 yerdən 325 yerə düşərək 55 yer (14,47 faiz), Azərbaycan Dövlət Aqrar Universitetində isə 424 yerdən 382 yerə enərək 42 yer azalıb.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura üzrə qəbul planı 2745 yerdən 2721 yerə enib. Burada azalma 24 yer və ya 0,87 faiz təşkil edib.

Naxçıvan Müəllimlər İnstitutunda isə ötən il magistratura səviyyəsi üzrə 30 plan yeri ayrıldığı halda, 2026-cı il üzrə qəbul planında bu ali təhsil müəssisəsi üçün yer nəzərdə tutulmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH