Mahaçqala meri həbs edildi

Mahaçqala meri həbs edildi
DÜNYA
18:17 21.01.2018
1651

Mahaçqala məhkəməsi şəhər meri Musa Musayevə ittiham irəli sürülənədək 10 sutkalıq həbs cəzası verib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Mahaçqala şəhər Sovetski Rayon Məhkəməsinin nümayəndəsi bildirib ki, M.Musayevə qarşı ittiham irəli sürülərsə, həbs müddəti iki aya qədər artırılacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsi M. Musayevin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 800 milyon manat ziyan vurulması barədə şübhə olduğunu açıqlayıb. 

oxu.az

OXŞAR XƏBƏRLƏR