Mahaçqalada aləm bir-birinə dəydi, 21 nəfər yaralandı
11:00 22.08.2011
1282
Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iki partlayış baş verib.APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 21 nəfər yaralanıb. Yaralılardan 15-i, o cümlədən 3 uşaq xəstəxanalara çatdırılıb. Avqustun 21-də Moskva vaxtı ilə saat 22.10-da Mahaçqaladakı iri ticarət mərkəzində 100 qram trotil gücündə əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir satıcı yaralanıb, mağazaya ciddi zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra saat 22.40-da 30-350 qram trotil gücündə ikinci partlayış baş verib. Nəticədə daha 20 nəfər xəsarət alıb.