Mahaçqalada iki çoxmənzilli bina çökdü

Mahaçqalada iki çoxmənzilli bina çökdü
DÜNYA
20:56 05.04.2026
469
Rusiyada, Dağıstanın paytaxtı Mahaçqala şəhərində iki çoxmənzilli bina çöküb.

AZXEBER.COM rg.ru-ya istinadən xəbər verir ki, bu barədə şəhər rəhbəri Cambulat Salavov məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Binalardan təxminən 300 sakin təxliyə olunub və müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib. Salavov bildirib ki, aprelin 6-da binalar mütəxəssislər tərəfindən yoxlanılacaq. Təhlükəsiz olduğu halda sakinlərə mənzillərinə daxil olub zəruri əşyalarını götürməyə icazə veriləcək.
OXŞAR XƏBƏRLƏR