Mahatma Qandinin nəticəsi İngiltərə müstəmləkəçiliyinə qarşı keçirilən anma mərasimində saxlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın İngiltərənin tabeliyindən azad olunması ilə bağlı anma mərasimi keçirilib.
Mərasimdə Hindistanın müstəqillik hərəkatının liderlərindən biri Mahatma Qandinin nəticəsi Tusar Qandi də iştirak edib.
Burada polislərlə mübahisə edən T. Qandi polis bölməsinə aparılıb. Onun həbs edildiyi bildirilib.
Şəbnəm