Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin deputatı Mahir Abbaszadənin namizədliyi partiya tərəfindən irəli sürülməyib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Mahir Abbaszadə 121 saylı Laçın seçki dairəsindən deputat idi.