Mahir Emreli "Dinamo"nun məşqlərinə qoşulub

Mahir Emreli "Dinamo"nun məşqlərinə qoşulub
İDMAN
17:57 22.06.2022
217
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qoşulub.

Paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.

Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın "Şkendiya" klubu və yerli Trnava "Spartak"ıdır. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etdiyi üçün "Dinamo"nun toplanışına gec qatılıb.
OXŞAR XƏBƏRLƏR