Mahir Emreli yeni kluba "Bayatı-Şiraz"la keçdi - VİDEO

Mahir Emreli yeni kluba "Bayatı-Şiraz"la keçdi - VİDEO
İDMAN
22:30 18.07.2026
298
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli "Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Onun rəsmi tanıtım videosunda diqqətçəkən məqam isə "Bayatı-Şiraz” muğamına qulaq asması olub.

Xatırladaq ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada "Legiya”nın da formasını geyinib.

OXŞAR XƏBƏRLƏR