Mahir Emreli yenidən zədələndi

Mahir Emreli yenidən zədələndi
İDMAN
16:02 27.04.2022
397
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.

Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.
OXŞAR XƏBƏRLƏR