Mahir Emreliden möhtəşəm performans - VİDEO

İDMAN
00:22 14.11.2022
418
Xorvatiya çempionatının 17-ci turu "Dinamo" Zaqreb klubunda çıxış edən həmyerlimiz Mahir Emreli üçün uğurlu alınıb. 

Mahirin şərəfini qoruduğu "Dinamo" səfərdə "Rijeka" klubunun qonağı olub. Qarşılaşma zaqreblilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mahir Emreli oyunun 72-ci dəqiqəsində meydana çıxaraq bir neçə saniyadən sonra qarşılaşmada ilk qolunu vurub. 85-ci dəqiqədə daha bir baxımlı qola imza atan Mahir qarşılaşmada dubl edib. 

Qeyd edək ki, "Dinamo" Zaqreb 17 oyundan sonra 41 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. 

OXŞAR XƏBƏRLƏR