Xorvatiyanın "Dinamo Zaqreb" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
AZXEBER.COM xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin formasını geyindiyi klub öz meydanında. Norveçin "Bodo Glimt" klubunu 4:1 hesabı ilə məğlub edib.
Mahir oyunun 60-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, ilk matçda "Bodo Glimt" 1:0 hesabı ilə qələbə qazanmışdı.