Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor” bu gün Türkiyə Super Liqasının 29-cu turunda "Adana Demirspor”u qəbul edib.
AZXEBER.COM xəbər verir ki, 25 yaşlı forvard "Adana Demirspor"la keçirilən Super Liqa matçında "Konyaspor”un heyətində ilk qolunu vurub. 40-cı dəqiqədə vurulan bu baxımlı qolla hesab bərabərləşib (1:1). Hazırda oyun davam edir.